Yuxarı

İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb

İspaniyada koronavirusa daha bir yoluxma halı aşkarlanıb

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyada yeni koronavirusa təsdiqlənmiş növbəti yoluxma halı məlum olub.

“Report” xəbər verir ki, Valensiya muxtariyyatı hökumətinin “Twitter” səhifəsində bildirilib.

Həmçinin bölgə səhiyyə departamentindən bunun bölgə ərazisində ikinci hal olduğu göstərilir.

Beləliklə, ölkə ərazisində təsdiqlənmiş yoluxma halları 14-ə çatıb. Bunlardan 4-ü Kanar adalarında aşkarlanıb. Yoluxanlardan 2 nəfər sağalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi