Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində hər hansı insident qeydə alınmayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 9:00da start verilən səsvermələr axşam saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) başa çatacaq.
Hazırda ispan seçicilərinin aşağı palataya - konqresə və yuxarı palataya - Senata namizəd seçkisi davam edir. Qeyd edək ki, seçkilərdə aşağı palatada yer qazanmaq uğrunda 545 namizəd (cəmi 350 yer), senatdakı 208 yer uğrunda isə 585 nəfər mübarizə aparır.