Yuxarı

İspaniyada ildırım vurması nəticəsində 40 ev yanıb

​İspaniyada ildırım vurması nəticəsində 40 ev yanıb

İspaniyada güclü yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Elperiodico.es" məlumat yayıb. 

Məlumata görə, hadisə Kataloniyada, Jirona vilayətinin Ventalo bələdiyyəsində qeydə alınıb.

Qeyd edilir ki, yanğına ildırım vurması səbəb olub. Alov 1,5 min kvadrat metr ərazini əhatə edib. Hadisə nəticəsində 40 ev yanıb.

Alovun söndürülməsinə 6 yanğınsöndürən maşın cəlb edilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi