İspaniyada gecə klubunun döşəməsi uçub, 22 nəfər xəsarət alıb - VİDEO

İspaniyada gecə klubunun döşəməsi uçub, 22 nəfər xəsarət alıb - VİDEO İnsanlar bir mərtəbə hündürlükdən yerə düşüb
Digər ölkələr
26 Noyabr , 2017 15:41
İspaniyada gecə klubunun döşəməsi uçub, 22 nəfər xəsarət alıb - VİDEO

Bakı. 26 noyabr. REPORT.AZ/ İspaniyanın Tenerife adasındakı gecə klubunda döşəmənin uçması nəticəsində 22 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətlərinə istinadən "El Periodico" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə bazar gününə keçən gecə, noyabrın 26-da, Adexe şəhərində baş verib.

Nəşr yazır ki, döşəmə 4 kvadratmetr sahədə çöküb, insanlar bir mərtəbə hündürlükdən yerə düşüb.

İki nəfər ciddi, digərləri isə bədənin aşağı ətraflarından sınıq və əzik xəsarətləri alıblar.

Son xəbərlər

Orphus sistemi