Yuxarı

İspaniyada 88 yaşlı cütlük koronavirusdan sağaldı

​İspaniyada 88 yaşlı cütlük koronavirusdan sağaldı

İspaniyada 65 il birgə yaşayan cütlük Madirddə yerləşən xəstəxanaların birində koronavirusdan sağalaraq evə buraxılıb. 

“Report” xəbər verir ki, bu barədə “Pias” nəşri məlumat yayıb.

Qeyd olunub ki, 1955-ci ildə ailə həyatı quran Xose Prieto Serrudo və Qvadalupe Matas Ernandesin yeddi qız övladı var. Martın dördündə özünü pis hiss edən Xose həkimə müraciət edib. Həkim isə ona antibiotiklər yazıb. 8 martda isə cütlük evliliklərinin 65 illiyini qeyd ediblər.

Lakin, bir gün sonra Xosedə güclü baş ağrıları və öskürək olduğu üçün yenidən xəstəxanaya müraciət edib və koronavirus testi müsbət çıxıb. Bir neçə gün sonra Qvadalupe Matas Ernandesdə də eyni simptomlar müşahidə olunub və onu da eyni xəstəxanaya göndəriblər.

Qaydalara görə xəstələrin ayrı palatalarda olması tələb olunsa da, cütlüyün bir yerdə qalmasına icazə verilib. Hətta, Qvadalupe sağalsada həyat yoldaşından ayrılmayacağını bildirərək xəstəxananı tərk etməyib.

Qeyd edək ki, İspaniyada koronavirusdan daha çox 80 yaşdan yuxarı şəxslər dünyasını dəyişir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi