İspaniya Yəməndəki səfirliyinin fəaliyyətini dayandırıb

İspaniya Yəməndəki səfirliyinin fəaliyyətini dayandırıb İspaniya XİN vətəndaşlarına bu ölkəni müvəqqəti tərk etməyi tövsiyə edib
Digər ölkələr
14 Fevral , 2015 15:52
İspaniya Yəməndəki səfirliyinin fəaliyyətini dayandırıb

Bakı. 14 fevral. REPORT.AZ/ İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyi Yəmənin paytaxtı Sanada qeyri-sabit şəraitlə əlaqədar öz səfirliyinin fəaliyyətini dayandırmaq qərarına gəlib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə qurumun bu gün açıqladığı bəyanatda deyilir. 

İspaniya XİN Yəməndə olan vətəndaşlarına bu ölkəni müvəqqəti olaraq tərk etməyi tövsiyə edib. 

Bu ölkədə öz diplomatik nümayəndəliklərinin fəaliyyətini artıq Səudiyyə Ərəbistanı, BƏƏ, Böyük Britaniya, Fransa, İtaliya, Niderland krallığı  və ABŞ dayandırıb. 

Son xəbərlər

Orphus sistemi