İspaniya Venesuelanın keçmiş nazir müavinini ABŞ-a təhvil verəcək

İspaniya Venesuelanın keçmiş nazir müavinini ABŞ-a təhvil verəcək Bakı. 31 yanvar. REPORT.AZ/ İspaniya Milli Divanı korrupsiyada ittiham olunan Venesuelanın enerji nazirinin sabiq müavini Nervis Vilyalobosun ABŞ-a müvəqqəti təhvil verilməsinə razılıq verib.
Digər ölkələr
31 Yanvar , 2019 20:37
İspaniya Venesuelanın keçmiş nazir müavinini ABŞ-a təhvil verəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ İspaniya Milli Divanı korrupsiyada ittiham olunan Venesuelanın enerji nazirinin sabiq müavini Nervis Vilyalobosun ABŞ-a müvəqqəti təhvil verilməsinə razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, N.Vilyalobos PDVSA dövlət neft şirkətində müqavilə bağlatdırmaq üçün rüşvət verməsi və əldə etdiyi pulların yuyulması ehtimalı ilə bağlı ədalət məhkəməsi qarşısına çıxarılması üçün ABŞ-a maksimum altı aylıq müddətə ekstradisiya olunacaq.

Həmin müddət başa çatdıqda sabiq nazir müavini ona qarşı cinayət işlərinin başlandığı İspaniyaya qaytarılmalıdır.

Qeyd edək ki, 2004-2006-cı illərdə vəzifədə işləmiş N.Vilyalobos 2017-ci ilin oktyabr ayında İspaniya ərazisində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi