Bakı. 28 iyul. REPORT.AZ/ İspaniyanın Barselona şəhərində dəmiryol stansiyasında baş verən qəza nəticəsində 48 nəfər yaralanıb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, yaralananlardan 20-si xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qatarı dayandırmaq mümkün olmayıb və o, "Franca" dəmiryol stansiyasının platformasına çırpılıb.