İsmayıl Həniyyənin iki bacısına həbs və pul cəzası kəsilib

İsmayıl Həniyyənin iki bacısına həbs və pul cəzası kəsilib İsrail məhkəməsi onların hər birinə 8 ay həbs cəzası və 5 min dollar pul cəriməsi kəsib
Digər ölkələr
8 Yanvar , 2015 19:41
İsmayıl Həniyyənin iki bacısına həbs və pul cəzası kəsilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun sədr müavini İsmayıl Həniyyənin iki bacısına həbs və pul cəzası kəsilib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İsrailin cənubundakı Beer Şeva (Birus Seba) Mərkəzi Məhkəməsi Subbah Həniyyə və Leyla Əbu Rakikin 2012-ci ildə Misirdən qanunsuz yollarla Qəzza zolağına daxil olduqlarını əsas gətirərək onların hər birinə 8 ay həbs cəzası və 5 min dollar pul cəriməsi kəsib.

Xəbərdə onların qərardan apellyasiya şikayəti vermək hüquqları olduğu da qeyd edilib.

Xatırladaq ki, rəsmi Tel-Əviv İsrail vətəndaşı olan Subbah Həniyyə ilə Leyla Əbu Rakikə həyat yoldaşlarına görə Qəzzaya girişinə icazə vermir. 

Son xəbərlər

Orphus sistemi