İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan ediləcək

İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan ediləcək Ölkənin bütün ərazisində matəm tədbirləri keçiriləcək
Digər ölkələr
2 Sentyabr , 2016 22:39
İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan ediləcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-də Özbəkistanda prezident İslam Kərimovun ölümü ilə bağlı 3 günlük matəm elan ediləcək.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə parlamentinin və hökumətinin yerli televiziya ilə yaydığı məlumatda deyilir.

"3 sentyabr 2016-ci ildən respublikada üçgünlük matəm elan edilsin və Özbəkistanın bütün ərazisində matəm tədbirləri keçirilsin" – deyə məlumatda deyilir.

Bununla yanaşı, bir ay müddətində əhalinin, müəssisələrin, təşkilatların, təhsil müəssisələrinin və geniş ictimaiyyətin fikirlərini nəzərə alaraq Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun xatirəsinin əbədiləşdirilməsi üzrə təkliflər veriləcək.

Son xəbərlər

Orphus sistemi