İslam Kərimovun nəvəsi Londona qaçıb

İslam Kərimovun nəvəsi Londona qaçıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi İman təyyarə ilə Daşkənddən Londona gedib.
Digər ölkələr
1 Oktyabr , 2018 23:57
İslam Kərimovun nəvəsi Londona qaçıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi İman təyyarə ilə Daşkənddən Londona gedib.

"Report" xəbər verir ki, "Ferqana" agentliyi Kərimovun nəvəsinin "Instagram Stories"dakı paylaşımlarına diqqəti cəlb edib.

İman Daşkənddən Londona sentyabrın 28-də, yerli vaxtla saat 16:20-də enmə biletinin fotosunu yayıb. İman və İslam Kərimovlar Özbəkistanın sabiq dövlət başçısı İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın övladlarıdır. 

İslam Kərimov (kiçik -red) artıq bir neçə ildir Londonda yaşayır. Onu Özbəkistana buraxmırlar. Sabiq prezidentin nəvəsi yanvarda Britaniyadan siyasi sığınacaq istəyib.  

Son xəbərlər

Orphus sistemi