İslam Dövləti döyüşçüləri Suriyanın hava bazası uğrunda döyüşür

İslam Dövləti döyüşçüləri Suriyanın hava bazası uğrunda döyüşür Вöyüşlər zamanı 19 Suriya əsgəri və 7 yaraqlı öldürülüb
Digər ölkələr
4 Dekabr , 2014 23:48
İslam Dövləti döyüşçüləri Suriyanın hava bazası uğrunda döyüşür
Bakı. 4 dekabr. REPORT.AZ/ Suriya fəallarının bildirdiyinə görə, İslam Dövləti döyüşçüləri ölkənin şərqindəki hava bazasına hücumlara başlayıb.

"Report"-un Amerikanın Səsi-nə istinadən xəbərinə görə, Deir Əl-Zur vilayətindəki bu hərbi hava bazası regionda yeganə bazadır ki, hökumət qüvvələrinin əlində qalıb.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu yaraqlıların hücumla bu gün avtomobilə yerləşdirilmiş bombanı partlatmaqla başladığını deyib. Qrup döyüşlər zamanı 19 Suriya əsgərinin və 7 yaraqlının öldürüldüyünü bildirib.

Bu arada Suriya prezidenti Bəşar Əl-Əsəd Birləşmiş Ştatların başçılıq etdiyi hava hücumlarının effektiv olmadığını deyib.

Son xəbərlər

Orphus sistemi