İŞİD yenidən Suriyanın Palmira şəhərinin bir hissəsini ələ keçirib

İŞİD yenidən Suriyanın Palmira şəhərinin bir hissəsini ələ keçirib Terrorçular şəhərin şimal-qərb hissəsini zəbt ediblər
Digər ölkələr
10 Dekabr , 2016 22:38
İŞİD yenidən Suriyanın Palmira şəhərinin bir hissəsini ələ keçirib

Bakı. 10 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları yenidən Suriyanın Palmira şəhərinə daxil olub.

"Report" "MIG News"a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayətetmə Monitorinq Mərkəzinin fəalları məlumat yayıblar.

Mərkəzin nümayəndəsi Rami Əbdül Rəhmanın sözlərinə görə, terrorçular şəhərin şimal-qərb hissəsini zəbt ediblər. 

Qeyd edək ki, Palmira martın sonlarında Rusiya aviasiyasının dəstəyi ilə Suriya hərbi qüvvələri tərəfindən terrorçulardan azad edilmişdi.

Son xəbərlər

Orphus sistemi