Bakı. 2 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvü olduğu güman edilən yaraqlı şəxs qumbaraatandan təsadüfi atəşlə özünü partladıb. "Report" xəbər verir ki, bu barədə məlumatı "The Mirror" verib.
Nəşrin dərc etdiyi videoçarxda bir divarı partlayış nəticəsində dağılmış otaqda olan silahlı şəxs qumbaraatanla necə işləmək lazım olduğunu, bilavasitə atışı necə həyata keçirməyin zəruriliyini göstərməyə çalışır. Terrorçu divardakı deşikdən çöldəki hansısa hədəfi nişan alır, tətiyi çəkir, amma bilinməyən səbəbdən qumbara elə otaqdaca partlayır və içəri tüstü ilə dolur.
Nəşr vidoeçarxın harada və nə zaman çəkildiyini bildirmir.