Yuxarı

​İŞİD Yaponiyadan girov vətəndaşları üçün 200 milyon tələb edib

​İŞİD Yaponiyadan girov vətəndaşları üçün 200 milyon tələb edib
Onlar tələblərini videoçarxla yayıblar

Bakı. 20 yanvar. REPORT.AZ/ İŞİD yaraqlıları girov götürdükləri Yaponiyanın iki vətəndaşının sərbəst buraxılması üçün 200 milyon dollar tələb edib.

"Report" "Assosiated press"ə istinadən xəbər verir ki, onlar bu məbləğin üç gün ərzində verilməyəcəyi təqdirdə girovları öldürəcəklərini birldiriblər.

Məlumata görə, İŞİD bu tələbi videoçarx vasitəsi ilə yayıb.

Xatırladaq ki, Yaponiya hökuməti İŞİD-ə qarşı mübarizə məqsədi ilə 2,5 milyard dollar maliyyə vəsaiti ayırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi