​İŞİD terrorçuları Mosul şəhərində 250 qadını edam ediblər

​İŞİD terrorçuları Mosul şəhərində 250 qadını edam ediblər Onlar yaraqlılarla müvəqqəti nikaha girməkdən imtina ediblər
Digər ölkələr
21 Aprel , 2016 02:03
​İŞİD terrorçuları Mosul şəhərində 250 qadını edam ediblər

Bakı. 21 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) yaraqlıları İraqın Mosul şəhərində müvəqqəti nikaha girməkdən imtina edən 250 qadını qətlə yetiriblər.

"Report" xəbər verir ki, bu barədə İraq Kürdüstanının nümayəndəsi Səid Mamuziniyə istinadən ABNA agentliyi yazıb.

O bildirib ki, terrorçular yerli qadınları və qızları "nikah cihadı" adlandırılan müvəqqəti izdivaca məcbur ediblər. Bundan imtina edənlər ailələri ilə birlikdə qətlə yetirilib.

İraq kürdlərinin digər təmsilçisi Qxayas Surçi bildirib ki, Mosulda qadınlara sərbəst şəkildə özünə həyat yoldaşı seçmək qadağan edilib. Onlar evdən bayıra tək çıxa, ictimai yerlərdə üzü və başı açıq görünə bilməzlər. Həmçinin böyük pullar müqabilində kişi və qadınların görüşünü təşkil edən vasitəçilər var.

Xatırladaq ki, Mosul İraqın böyüklüyünə görə ikinci şəhəridir. İŞİD yaraqlıları oranı 2014-cü ilin iyununda ələ keçiriblər. Onlar burada bir il ərzində 2 minə yaxın insanı edam ediblər.

Son xəbərlər

Orphus sistemi