​İŞİD terrorçuları İraqda ən azı 200 nəfəri girov götürüb

​İŞİD terrorçuları İraqda ən azı 200 nəfəri girov götürüb Hadisə Kərkükdə baş verib
Digər ölkələr
10 Oktyabr , 2015 06:25
​İŞİD terrorçuları İraqda ən azı 200 nəfəri girov götürüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ İraqın Kərkük əyalətinin kəndlərindən birinin 200-dən çox yerli sakini "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri tərəfindən girov götürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

"İŞİD terrorçuları Kərkük əyalətinin cənub-qərbində yerlşən Əz-Zab rayonunda Əl-Halauat kəndinin ən azı 200 sakinini hökumətin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etdiklərinə görə girov götürüblər", - deyə hərbçilər məlumat verib.

Kəndlilər kürd hərbiləşdirilmiş qüvvələri olan "peşmərgə" və İraq hərbçiləri ilə əməkdaşlıqda ittiham olunublar. Terrorçular hələ ki, onların azad olunması müqabilində öz tələblərini açıqlamayıblar.

Son xəbərlər

Orphus sistemi