Bakı. 14 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının üzvləri 2014-cü ildə ələ keçirdikləri Er-Rutba şəhərini tərk edib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, İraqla İordaniya sərhədində yerləşən bu şəhər strateji əhəmiyyətə malikdir.
Er-Rutba şəhərinin meri bildirib ki, terrorçular şəhəri tərk etsələr də, qorxu içində olan əhali hakimiyyəti ələ keçirməyə tələsmir və hökumət qüvvələrini gözləyir.