Bakı. 23 aprel. REPORT.AZ/İŞİD terror qruplaşmasının döyüşçüləri Dəməşq yaxınlığında qəzaya uğramış Suriya Hərbi Hava Qüvvələrlərinə məxsus təyyarənin pilotunun əsir götürdüklərini bəyan ediblər.
"Report"un məlumatına görə, bu haqda "Reuters" xəbər yayıb.
"Əslən Hama şəhərindən Əzzam Eid adlı pilot təyyarə Dəməşqdən şərqdə qəzaya uğradıqda paraşütlə yerə enərkən terrorçular tərəfindən əsir götürülüb.
Qeyd edək ki, yerli mətbuat az öncə Dəməşq yaxınlığında, İŞİD-oin nəzarəti altında olan əraziyə təyyarənin düşməsi haqda məlumat yayıb. Lakin qəzanın necə baş verməsi haqda məlumat verilmir.