İŞİD qruplaşmasının tanınmış hakeri öldürülüb

İŞİD qruplaşmasının tanınmış hakeri öldürülüb Cuneyd Hüseyn Suriyanın Rakka şəhərində Beynəlxalq Koalisiya qüvvələrinin zərbələri nəticəsində öldürülüb
Digər ölkələr
29 Avqust , 2015 21:51
İŞİD qruplaşmasının tanınmış hakeri öldürülüb

Bakı. 29 avqust. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasına bağlı haker Beynəlxalq Koalisiya qüvvələrinin zərbələri nəticəsində həlak olub.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Mərkəzi Komandanlığının sözçüsü Patrik Rayderin bilbirib ki, Cuneyd Hüseyn Suriyanın Rakka şəhərində öldürülüb.

Britaniya vətəndaşı olan və Əbu Hüseyn Əl-Britani adı ilə də tanınan C.Hüseyn Pentaqonun axtarış siyahısında yer alırdı.

Sözü gedən hakerin olduqca təhlükəli olduğunu vurğulayan P.Rayder bildirib ki, C.Hüseyn güclü texniki təcrübəyə və insanları amerikalıların öldürülməsi üçün İŞİD sıralarına cəlb etmək qabiliyyətinə malik olub.

Britaniyada boya-başa çatan Hüseyn Zəhər Komandası adlı haker qrupunun üzvü olub. Onun Suriyaya amerikalı jurnalist Ceyms Folini qətlə yetirən Cihadçı Conla bərabər 2013-cü ildə getdiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi