Yuxarı

İŞİD Qahirədə kilsəyə edilən hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD Qahirədə kilsəyə edilən hücuma görə məsuliyyəti üzərinə götürüb
Bu barədə “Reuters” məlumat yayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ İŞİD terrorçu təşkilatı Misirin paytaxtı Qahirədə yerləşən kopt xristianlarının Mər-Minə kilsəsinə edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, cümə günü səhər saatlarında silahlı şəxs kilsənin xarici hüdudlarını aşmaq istəyib. Polis əməkdaşları hücum edənə atəş açıb və onu yaralayıb.

Axtarış zamanı onun üzərindən "Kalaşnikov" avtomatı və 150 mərmilik 5 ədəd daraq tapılıb. Naməlum şəxs xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hücumdan əvvəl silahlı şəxs kilsənin yaxınlığında yerləşən və avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan dükana şiddətli atəş açıb. O, mağazanın sahibini qətlə yetirəndən sonra kilsəni mühafizə edən polislərə və ora gələn ziyarətçilərə də atəş açıb. Nəticədə 10 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi