“İŞİD” norveçli və çinli girovları edam edib

“İŞİD” norveçli və çinli girovları edam edib “İŞİD” terror qruplaşması girov götürdüyü Norveç və Çin vətəndaşlarını edam edib
Digər ölkələr
18 Noyabr , 2015 21:16
“İŞİD” norveçli və çinli girovları edam edib

Bakı. 18 noyabr. REPORT.AZ/ “İŞİD” terror qruplaşması girov götürdüyü Norveç və Çin vətəndaşlarını edam edib.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, girovların qətlə yetirilməsinə səbəb kimi onların azadlığa buraxılması üçün tələb olunun vəsaitin terrorçulara ödənilməməsi göstərilib.

48 yaşlı norveçli Ole Yoxan Qrimsqaard-Ofstad və onun köməkçisi 50 yaşlı Fah Tsuhuey iki ay əvvəl terrorçular tərəfindən girov götürülmüşdü.

Son xəbərlər

Orphus sistemi