İŞİD Mosulda terror aktları həyata keçirmək üçün xüsusi uşaq qrupu hazırlayıb

İŞİD Mosulda terror aktları həyata keçirmək üçün xüsusi uşaq qrupu hazırlayıb Onların əsas vəzifəsi özlərini hərbçilərlə birlikdə partlatmaqdır
Digər ölkələr
5 Noyabr , 2016 06:26
İŞİD Mosulda terror aktları həyata keçirmək üçün xüsusi uşaq qrupu hazırlayıb

Bakı. 5 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması bir qrup uşağı İraqın Mosul şəhərinin şərqində hərbçilərə qarşı terror aktı həyata keçirmək üçün hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Şəhərin daxilində terrorçulara müqavimət göstərmiş şahidlər bildiriblər ki, İŞİD Mosulun şərqində yerləşən küçələrdəki evlərdə gənc kamikadzelər yerləşdirib.

Onların əsas vəzifəsi özlərini təmizlik işləri aparan hərbçilərlə birlikdə partlatmaqdan ibarətdir.

"Belə olan halda yaşca böyük terrorçular imkan daxilində hökumət qoşunlarından uzaq məsafədə qalmağa çalışırlar" – deyə Mosulun yığma qoşun döyüşçülərinin liderlərindən biri Məhəmməd əl-Musali agentliyə bildirib.

O, qeyd edib ki, şəhərin qərbində bununla bağlı vəziyyət şərq hissəsinə nisbətən daha gərgindir. Belə ki, terrorçular sakinlərdən canlı sipər kimi istifadə etmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi