Yuxarı

İŞİD Mosulda 16 nəfəri körpüdən ataraq edam edib

İŞİD Mosulda 16 nəfəri körpüdən ataraq edam edib
Terrorçular bundan əvvəl 284 nəfəri güllələyiblər

Bakı. 23 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində 16 nəfəri körpüdən ataraq edam edib.

"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə şəhərin administrativ mərkəzi olan Neynəvada baş verib.

"İŞİD terrorçuları 16 nəfəri Üçüncü körpüdın ataraq edam etdi" – deyə mənbə agentliyə bildirib. Qeyd edək ki, terrorçular bundan da əvvəl aralarında uşaqların da olduğu 284 nəfəri güllələyiblər.

Xatırladaq ki, İraqın silahlı qüvvələri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın aviasiyasının dəstəyi ilə Mosulun azad edilməsi əməliyyatına başlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi