İŞİD Melbrundakı hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD Melbrundakı hücuma görə məsuliyyəti üzərinə götürüb Hücumu qruplaşmanın silahlısı həyata keçirib
Digər ölkələr
6 İyun , 2017 01:53
İŞİD Melbrundakı hücuma görə məsuliyyəti üzərinə götürüb
Reuters

Bakı. 6 iyun. REPORT.AZ/ İŞİD beynəlxalq terror təşkilatı Avstraliyanın Melbrun şəhərində törədilən silahlı hücuma görə məsuliyyəti üzərinə götürüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücumu qruplaşmanın üzvü həyata keçirib.

Bu gün KİV-də Melbrunda partlayış və atışmanın baş verməsi, sonradan isə caninin bir qadını girov götürməsi barədə məlumat yayılıb. Sonra binadan bir kişi meyiti tapılıb. Asayiş keşikçiləri canini zərərsizləşdirərək girovu azad ediblər.

Son xəbərlər

Orphus sistemi