​İŞİD iordaniyalı pilotu yandıraraq edam edib

​İŞİD iordaniyalı pilotu yandıraraq edam edib Terrorçular edamın görüntülərini yayıblar
Digər ölkələr
3 Fevral , 2015 22:09
​İŞİD iordaniyalı pilotu yandıraraq edam edib

Bakı. 3 fevral. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri iordaniyalı pilotun edamının görüntülərini yayıblar.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, girov diri-diri yandırılıb.

Yayılan videokadrlarda narıncı geyimdə olan təyyarəçinin dəmir qəfəsin içində yandırıldığını görmək olar.

Məlumata görə, İŞİD yaraqlıları pilotu onun təyyarəsi ötən ilin dekabrında Suriyada qəzaya uğradıqdan sonra girov götürüblər.

Son xəbərlər

Orphus sistemi