​İŞİD-in Səudiyyə qanadı Ərəb yarımadasını şiələrdən təmizləmək niyyətindədir

​İŞİD-in Səudiyyə qanadı Ərəb yarımadasını şiələrdən təmizləmək niyyətindədir Yarımada əhalisinin 10 milyona yaxınını şiələr təşkil edir
Digər ölkələr
30 May , 2015 18:46
​İŞİD-in Səudiyyə qanadı Ərəb yarımadasını şiələrdən təmizləmək niyyətindədir

Bakı. 30 may. REPORT.AZ/ “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Səudiyyə Ərəbistanında fəaliyyət göstərən qanadı silahdaşlarını Ərəbistan yarımadasındakı şiələrin hamısını öldürməyə çağırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, yayılan videomüraciətdə radikal bildirir ki, şiələr “kafir və dönükdürlər, onların qanını tökmək, pullarını isə əllərindən almaq icazəlidir”.

“Onlar Məhəmmədin (s) yarımadasında bu dinsizliklərini davam etdirərlərsə,onda necə olacaq?” - deyə terrorçuların lideri sual ilə müraciət edib.

Açıq mənbələrin məlumatına görə, Ərəbistan yarımadasının 77 milyon sakinindən ən azı 10 milyon nəfəri şiələrdir ki, onların da əksəriyyətini Yəmən sakinləri təşkil edir.

Son xəbərlər

Orphus sistemi