​İŞİD-in müharibəyə göndərdiyi 50-dən çox uşaq döyüşlərdə həlak olub

​İŞİD-in müharibəyə göndərdiyi 50-dən çox uşaq döyüşlərdə həlak olub Terrorçu PKK-ya bağlı "Xalq Müdafiə Gücləri" də 18 yaşdan kiçik oğlan və qızları "əsgərliyə apamağı" davam etdirməkdə günahlandırılır
Digər ölkələr
16 İyul , 2015 14:55
​İŞİD-in müharibəyə göndərdiyi 50-dən çox uşaq döyüşlərdə həlak olub

Bakı. 16 iyul. REPORT.AZ/ İŞİD-in "Xəlifənin gənc aslanları" adı verdiyi dəstənin 50-dən çox yetkinlik yaşına çatmayan əsgəri döyüşlərdə həlak olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu məlumat yayıb.

Bu ilin yanvarında İŞİD "Xəlifənin gənc əsgərləri" adı altında bir layihəni həyata keçirməyə başlayıb. Bu tədbir çərçivəsində 16 yaşdan kiçik olan yüzdən çox yeniyetmə və uşaq "əsgəri xidmətə cəlb edilib". Onlara ağır hərbi və dini təlim keçirilib.

İŞİD-in cəbhəyə yolladığı həmin uşaqların 31-i iyulda baş verən çeşidli partlayışlarda, hava bombardmanlarında ölüb. 18-dən çoxu isə kürd silahlılarına qarşı keçirilən müxtəlif intihar basqınlarında həlak olub.

Terrorçu PKK-nın bir qolu sayılan "Demokratik Birlik Partiyası"nın ("PYD") silahlı bölməsi "Xalq Müdafiə Gücləri" ("YPG") də 18 yaşdan kiçik oğlan və qızları "əsgərliyə apamağı" davam etdirməkdə günahlandırılır. Hüquq müdafiəçiləri "YPG"-ni "uşaqları döyüşdürməmək"lə bağlı verdiyi sözə əməl etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi