İŞİD-in İsveçrədə planlaşdırdığı terrorun qarşısı alındı

İŞİD-in İsveçrədə planlaşdırdığı terrorun qarşısı alındı İsveçrə kəşfiyyatı Verne şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.
Digər ölkələr
15 Fevral , 2020 01:00
İŞİD-in İsveçrədə planlaşdırdığı terrorun qarşısı alındı

İsveçrə kəşfiyyatı Verne şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvləri şəhərdə neft anbarını partlatmaq istəyirmişlər.

Kantonal hökümət naziri Mauro Podcinin sözlərinə görə, yaraqlıların hücum planı əvvəlcədən məlum olduğu üçün onun qarşısı alınıb.

Güman edilir ki, terrorçular qabaqcadan planlaşdırılmış terror aktını aprelin sonu - mayın əvvəlində həyata keçirmək istəyiblər. Əsas hədəf isə neft tankerləri olub. 

Son xəbərlər

Orphus sistemi