​İŞİD-in Əfqanıstandakı liderlərindən biri öldürülüb

​İŞİD-in Əfqanıstandakı liderlərindən biri öldürülüb Xüsusi xidmət orqanlarının dəstəyi ilə gerçəkləşdirilən hava zərbələri nəticəsində İŞİD-in 30 silahlısı zərərsizləşdirilib
Digər ölkələr
11 İyul , 2015 17:15
​İŞİD-in Əfqanıstandakı liderlərindən biri öldürülüb

Bakı. 11 iyul. REPORT.AZ/ İŞİD-in liderlərindən biri Hafiz Səid Əfqanıstanın şərqində Nanqahar əyalətində Əfqanıstan-Pakistan sərhədində öldürülüb.

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bildirib.

Xəbərə görə, ölkə xüsusi xidmət orqanlarının dəstəyi ilə iyulun 11-də gerçəkləşdirilən hava zərbələri nəticəsində İŞİD-in 30 silahlısı zərərsizləşdirilib.

İŞİD Hafiz Səidin öldürülməsini hələ təsdiqləməyib. 

Son xəbərlər

Orphus sistemi