İŞİD Əfqanıstanda talibançıların düşərgəsinə hücum edib: 31 nəfər öldürülüb

İŞİD Əfqanıstanda talibançıların düşərgəsinə hücum edib: 31 nəfər öldürülüb Döyüş nəticəsində 21 "taliban"çı və 7 İŞİD döyüşçüsü həlak olub
Digər ölkələr
2 May , 2017 00:54
İŞİD Əfqanıstanda talibançıların düşərgəsinə hücum edib: 31 nəfər öldürülüb

Bakı. 2 may. REPORT.AZ/ İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanda "Taliban" döyüşçülərinin düşərgəsinə hücum edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Nanqarhar vilayətinin Çaparhar rayonunda baş verib.

Nanqarhar vilayəti administrasiyasının təmsilçisi Ataulla Hoqyani agentliyə bildirib ki, döyüş nəticəsində 21 "taliban"çı və 7 İŞİD döyüşçüsü öldürülüb. Bundan əlavə, silahlı qarşıdurma zamanı həmçinin iki dinc sakin də həlak olub, daha 5 nəfər isə yaralanıb.

Xatırladaq ki, 5 gün bundan əvvəl Cauzdan vilayətinin Derzab rayonunda iki qruplaşma arasında baş vermiş silahlı qarşıdurmada 76 "taliban"çı və 15 İŞİD terrorçusu öldürülüb.

Son xəbərlər

Orphus sistemi