İŞİD-in adını çəkən naməlum şəxs Paris ətrafındakı məktəbdə müəllimə bıçaqla hücum edib

İŞİD-in adını çəkən naməlum şəxs Paris ətrafındakı məktəbdə müəllimə bıçaqla hücum edib Təcavüzkar bıçaqla bir neçə zərbə endirərək bunun xəbərdarlıq olduğunu bildirib
Digər ölkələr
14 Dekabr , 2015 14:16
İŞİD-in adını çəkən naməlum şəxs Paris ətrafındakı məktəbdə müəllimə bıçaqla hücum edib

Bakı. 14 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasına bağlılığını açıq şəkildə elan edən naməlum şəxs Paris ətrafındakı məktəbdə müəllimə bıçaqla hücum edib. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə prokurorluqdan məlumat veriblər.

Hadisə səhər saatlarında Paris ətrafında yerləşən Obervilye bölgəsində baş verib. Hücumun qurbanı dərsə hazırlaşan 40 yaşlı müəllim olub. Kapüşon və əlcəkdə olduğundan özündən sonra heç bir iz buraxmayan təcavüzkar bıçaqla bir neçə zərbə endirərək İŞİD-in adını xatırladıb və bunun xəbərdarlıq olduğunu bildirib.

Hücumun araşdırılması ilə hüquq-mühafizə orqanlarının antiterror şöbəsi məşğul olur.

Son xəbərlər

Orphus sistemi