Bakı.14 fevral. REPORT.AZ/ Türkmənlərin yaşadığı Kərkük şəhərinə İŞİD-in basqını nəticəsində İraqda həvəskar futbol liqasında oynayan türkmənlərin "Musallaspor" klubunun iki futbolçusu ölüb.
Bu barədə "Report" Türkiyə KİV-inə istinadən xəbər verir.
"Mussalspor" Kərkük şəhərinin komandasıdır.
Futbolçular Saddam Əbdülhalik və Rıdvan Rəsulun İŞİD tərəfindən öldürülməsi səbəbindən klub təlim-məşqlər üçün Türkiyənin Antalya şəhərinə səfərini təxirə salıb.
Məlumatda bildirilib ki, "Musallaspor" Antalyadakı təlim-məşq düşərgəsində 10 gün qalmağı və Muratpaşa Bələdiyyəsinin həvəskar "Muratpaşaspor" klubu ilə hazırlıq oyunu oynamağı planlaşdırıbmış.