​İŞİD İraqda 40-dan artıq yük maşını sürücüsünü oğurlayıb

​İŞİD İraqda 40-dan artıq yük maşını sürücüsünü oğurlayıb Onlardan ikisi artıq edam olunub
Digər ölkələr
17 Noyabr , 2014 05:59
​İŞİD İraqda 40-dan artıq yük maşını sürücüsünü oğurlayıb
Bakı. 17 noyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının döyüşçüləri Bəyci-Əl-Hədis istiqamətində hərəkət edən 40-dan artıq yük maşını sürücüsünü oğurlayıblar.

"Report"un məlumatına görə, bu barədə ölkənin kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata görə, oğurlanan vətəndaşlardan ikisinin artıq edam olunub. Onların hamısının mülki şəxslər olduğu bildirilir.

Yük maşınları əsasən ərzaq məhsulları daşıyırmış. Hazırda İraq güc strukturları hərbi vertolyotların köməkliyi ilə onların izinə düşməyə çalışır.

Son xəbərlər

Orphus sistemi