​Mosulda İŞİD liderlərindən biri öldürülüb

​Mosulda İŞİD liderlərindən biri öldürülüb Həsən Səid əl-Caburi koalisiya qüvvələrinin havadan endirdiyi zərbələr zamanı öldürülüb
Digər ölkələr
27 Dekabr , 2014 08:41
​Mosulda İŞİD liderlərindən biri öldürülüb

Bakı. 27 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Mosuldakı lideri Həsən Səid əl-Caburi koalisiya qüvvələrinin havadan endirdiyi zərbələr zamanı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə İraq polisinin regional idarəsinin rəhbəri general-mayor Vatek əl-Həmdaniyə istinadən CNN məlumat yayıb.

Havadan hücum Mosul ətrafında yerləşən Kayar kəndi üzərində həyata keçirilib. Həsən Səid əl-Cuburi İŞİD-in hava hücumu zamanı öldürülən ikinci lideridir. O, bu vəzifədə cəmi 25 gün olub. Xələfi Radvan Taleb əl-Hamduni ABŞ-ın hava zərbələri zamanı öldürülüb.

Son xəbərlər

Orphus sistemi