​İŞİD əsir götürdüyü 160-dan çox iraqlını azad edib

​İŞİD əsir götürdüyü 160-dan çox iraqlını azad edib Əsirlikdə qalanların aqibəti barədə məlumat yoxdur.
Digər ölkələr
4 Yanvar , 2015 07:31
​İŞİD əsir götürdüyü 160-dan çox iraqlını azad edib
Bakı. 4 yanvar. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri cümə günü İraqda əsir götürdükləri 170 nəfərdən 162-ni azad ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli kəşfiyyat xidmətinin nümayəndələrinə istinadən "Frans Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçular Əl-Şajara və Qarib kəndlərindən təqribən 170 nəfəri əsir götürüblər. Hadisə şahidlərinin sözlərinə görə, onlar regionda terror təşkilatının iki bayrağını yandıran 15 naməlum şəxsi axtarıblar.

Azad olunanlardan birinin danışdığına görə, onlar bütün əsirlərin əl-qollarını bağlayaraq bayraqları kimin yandırması barədə sorğu-sual ediblər. Növbəti gün, terrorçular səkkiz nəfərdən başqa bütün əsirləri sərbəst buraxıblar.

Əsirlikdə qalanların aqibəti barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi