​İŞİD-dən qaçan insanlar Bağdadda təbii fəlakətin qurbanı olublar

​İŞİD-dən qaçan insanlar Bağdadda təbii fəlakətin qurbanı olublar Yüzlərlə qaçqın evsiz qalıb
Digər ölkələr
30 Oktyabr , 2015 05:06
​İŞİD-dən qaçan insanlar Bağdadda təbii fəlakətin qurbanı olublar

Bakı. 30 oktyabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) vəhşiliklərindən və bombardımanlarından qaçan insanlar, təbii fəlakətlərin mərkəzinə düşüblər.

"Report" xəbər verir ki, yüzlərlə daxili köçürülməyə məruz qalan insanlar Bağdadda leysan yağışlardan sonra başlamış güclü daşqınlardan əziyyət çəkirlər.

Böyük su kütləsi insanların müvəqqəti çadırlarda yaşadığı yerli düşərgələrdən birində fəlakətə səbəb olub. İndi məcburi köçkünlərin evləri hündürlüyü bir metrə çatan palçığın içərisində qalıb.

Daşqınlar İraq paytaxtında su təchizatı sistemini tamamilə sıradan çıxarıb.

Qonşu küçələrdən olan bəzi sakinlər qaçqınları öz evlərində yerləşdiriblər. Lakin yüzlərlə insan hələ də açıq səma altında qalıb.

Son xəbərlər

Orphus sistemi