Yuxarı

İŞİD Brüsseldəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

Xəbər SITE Intelligence Group tərəfindən təsdiqlənib

Bakı. 27 avqust. REPORT.AZ/ İŞİD qruplaşması Brüsselin mərkəzində terror aktına – naməlum şəxsin əlindəki dəhrə ilə hərbi patrula hücumuna görə məsuliyyəti üzərinə götürüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verir.

Xəbər İŞİD döyüşçülərinin fəaliyyətinin monitorinqini aparan "SITE Intelligence Group" təşkilatı tərəfindən də təsdiqlənib.

"Reuters" və "SITE" İŞİD-lə əməkdaşlıq edən "Amaq" agentliyinə istinadən terror qruplaşmasının Brüsseldəki hadisəni təşkil etdiyini xəbər veriblər.

Xatırladaq ki, avqustun 25-də, axşam "Allahu əkbər" – deyə qışqıran şəxs dəhrə ilə Brüsselin mərkəzində hərbi patrula hücum edib. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Hücum etmiş şəxs hərbçilərin odlu silahdan açdığı atəş nəticəsində öldürülüb. Belçika hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi