Yuxarı

"İrma" qasırğası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

"İrma" qasırğası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
Ən çox ölüm halı Sen-Marten və Sen-Bartelmi adalarında qeydə alınıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Karib hövzəsi regionunda cərayan edən "İrma" qasırğası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Associated Press" məlumat yayıb.

Məlumata görə, azı 11 nəfər Sen-Marten və Sen-Bartelmi adalarında, Amerika və Britaniyanın Virqin adalarının hər birində isə 4 nəfər həyatını itirib. Həmçinin Antiqua və Barbuda, İngiltərə və Barbadosun hər birində bir nəfər ölüb. Qeyd olunur ki, təbii fəlakət qurbanlarının sayı arta bilər.

Amerika Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzinin məlumatına görə, hazırda "İrma" küləyinin maksimum sürəti təqribən 70 m/saniyəyə çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi