Bakı. 3 oktyabr. REPORT.AZ/ İraqın Nümayəndələr Şurasının (Parlament) deputatları Vətənpərvər Kürdüstan İttifaqından (VKİ) olan Bəhram Salehi respublikanın yeni prezidenti seçiblər.
“Report” TASS-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermənin nəticələrinə görə, 165 deputat onun lehinə səs verib.
Səsvermədə 329 deputatdan 301 nəfəri iştirak edib. Səsvermənin birinci mərhələsində qalib müəyyənləşməmişdi.