İraqın şimalındakı kürd muxtariyyəti: "Türk hərbi düşərgəsi rəsmi Bağdadın icazəsi ilə qurulub"

İraqın şimalındakı kürd muxtariyyəti: "Türk hərbi düşərgəsi rəsmi Bağdadın icazəsi ilə qurulub" Sefin Dizayi: "İraqın müdafiə naziri türk hərbçilərin düşərgələrinə baş çəkib"
Digər ölkələr
6 Oktyabr , 2016 16:23
İraqın şimalındakı kürd muxtariyyəti: Türk hərbi düşərgəsi rəsmi Bağdadın icazəsi ilə qurulub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Başika və Duberdan bölgələrində Türkiyənin hərbi düşərgəsi İraq hökuməti və Müdafiə Nazirliyinin razılığı ilə qurulub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu İraqın şimalında kürd muxtariyyəti hökumətinin sözçüsü Sefin Dizayi bildirib.

Onun sözlərinə görə, türk hərbçiləri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün Mosul polisi və könüllü qüvvələrə təlimat verir.

Məlumata görə, o, İraqın müdafiə nazirinin türk hərbçilərinin düşərgələrinə baş çəkdiyini vurğulayaraq bundan artıq məlumata sahib olmadıqlarını deyib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Son xəbərlər

Orphus sistemi