İraqın Müdafiə Nazirliyi 200 azərbaycanlı qadının saxlanılması xəbərini təkzib edib

İraqın Müdafiə Nazirliyi 200 azərbaycanlı qadının saxlanılması xəbərini təkzib edib Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir
Digər ölkələr
9 Noyabr , 2017 18:33
İraqın Müdafiə Nazirliyi 200 azərbaycanlı qadının saxlanılması xəbərini təkzib edib
Bloomberg

Bakı. 9 noyabr. REPORT.AZ/ İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərləri təkzib edib.

"Report"un xəbərinə görə, bu barədə RİA "Novosti" İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir",- deyə mənbə KİV-ə bildirib. 

Qeyd edək ki, bir müddət əvvəl iraqlı deputat Vian Dahil 512 rus və 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə olması şübhəsi ilə saxlanıldığnı açıqlayıb.

Son xəbərlər

Orphus sistemi