İraqda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB

İraqda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir
Digər ölkələr
31 May , 2017 02:28
İraqda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB
Courtesy İmage

Bakı. 31 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində 13 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.

"Report"un məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb. 

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.



***23:52

İraqda partlayış törədilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Əs Sumariyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Anbar vilayətinin Hit şəhərində, məktəbin yanında baş verib. Belə ki, şəhərin mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi