İraqın dinc vətəndaşlarını qətlə yetirən ABŞ muzdlularına hökm oxunub

İraqın dinc vətəndaşlarını qətlə yetirən ABŞ muzdlularına hökm oxunub Onların vəkilləri ittiham qərarı ilə bağlı apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər
Digər ölkələr
14 Aprel , 2015 11:02
İraqın dinc vətəndaşlarını qətlə yetirən ABŞ muzdlularına hökm oxunub

Bakı. 14 aprel. REPORT.AZ/ İraqın 14 vətəndaşını qətlə yetirməkdə ittiham olunan ABŞ-ın 3 hərbçisi 30 il azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Belə ki, yerli məhkəmə ABŞ-da fəaliyyət göstərən "Blackwater" özəl mühafizə firmasının 4 muzdlu əməkdaşı barəsində hökm çıxarıb.

ABŞ-ın Dairə məhkəməsi dinc İraq sakinlərinə atəş açanlardan birini, Nikolas Slatteni ömürlük azadlıqdan məhrum edib. Qətlin qalan 3 iştirakçıları - Pol Slou, Evan Liberti və Dastin Herd hər biri 30 il azadlıqdan məhrum olunublar.

Onların vəkilləri ittiham qərarı ilə bağlı apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

Xatırladaq ki, hadisə 2007-ci ildə baş verib. 

Son xəbərlər

Orphus sistemi