Yuxarı

İraqın baş naziri Mosula gedib

İraqın baş naziri Mosula gedib
Mosuldakı hökumət binası terrorçu İŞİD qruplaşmasından təmizlənib

Bakı. 7 mart. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi üç ildən sonra ilk dəfə olaraq Mosula gedib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əs-Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, Mosuldakı hökumət binası, habelə əyalətin bir hissəsi terrorçu İŞİD qruplaşmasından təmizlənib.

2014-cü ildə terrorçu İŞİD qruplaşması Mosula nəzarəti ələ keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi