Yuxarı
    Bağlamaq

    İraqda törədilmiş partlayışda ölən və yaralananların sayı artıb - YENİLƏNİB

    Terror aktı zamanı 17 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb

    Bakı. 28 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadın cənub-şərqində baş vermiş terror aktına görə, məsuliyyəti üzərinə götürüb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

    Son məlumata görə, partlayış zamanı 17 nəfər öldürülüb, daha 28 nəfər xəsarət alıb. Terrorçular əvvəlcə dinc sakinlərə avtomat silahlardan atəş açıblar. Sonra onlardan biri özünü partladıb.

    İkinci terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Hazırda hadisə yeri əhatəyə alınıb, təhqiqat aparılır.  


    ***23:25

    İraqın paytaxtı Bağdadda törədilmiş partlayışda ölən və yaralananların sayı artıb.

    "Report"un məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı mənbəyə istinadən xəbər verib.

    Xəbərdə bildirilir ki, Ən-Nəhrəvan rayonunda törədilmiş terror aktı zamanı azı 17 nəfər həlak olub, daha 28 nəfər xəsarət alıb. Hadisəni iki kamikadze törədib. Onlar partlayışdan əvvəl dinc sakinlərə atəş açıblar.

    Qeyd edək ki, ilkin məlumatda terror aktı zamanı 9 nəfərin öldüyü və yaralandığı bildirilirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi