İraqda terrorçu İŞİD qruplaşmasının nüfuzlu komandiri öldürülüb

İraqda terrorçu İŞİD qruplaşmasının nüfuzlu komandiri öldürülüb Əbu İbrahim əş-Şişani Səlah-əd-Din əyalətinin rayonlarının birində qətlə yetirilib
Digər ölkələr
2 May , 2015 20:07
İraqda terrorçu İŞİD qruplaşmasının nüfuzlu komandiri öldürülüb

Bakı. 2 May. REPORT.AZ/ İraqda İŞİD terrorçu qruplaşmasının Əbu İbrahim əş-Şişani adlı nüfuzlu komandiri öldürülüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Əbu İbrahim əş-Şişani İraq ordusunun Səlah-əd-Din əyalətinin rayonlarının birində keçirilən əməliyyat zamanı qətlə yetirilib.

Qeyd edək ki, o, keçən ay qruplaşmanın İraqın paytaxtı Bağdad şəhərindən 180 kilometr aralıda - Bayci şəhərində yerləşən ölkənin ən iri neft emalı müəssisələrindən birinə hücumunu təşkil edərək həyata keçirmişdi.

Son xəbərlər

Orphus sistemi