İraqda terror aktı zamanı 10 iranlı zəvvar ölüb

İraqda terror aktı zamanı 10 iranlı zəvvar ölüb Zəvvarlar Samirə şəhərinə Əl-Əsqəri məscidini ziyarət üçün gediblər
Digər ölkələr
6 Noyabr , 2016 16:54
İraqda terror aktı zamanı 10 iranlı zəvvar ölüb

Bakı. 6 noyabr. REPORT.AZ/ İraqın Samirə şəhərində törədilmiş terror aktı nəticəsində 10 iranlı zəvvar həyatını itirib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, şiə zəvvarlar Samirə şəhərindəki Əl-Əsqəri məscidini ziyarət etməyə gəliblərmiş.

Zəvvarlar turist avtobusuna əyləşən zaman terrorçu nəqliyyat vasitəsinə yaxınlaşıb və partlayıcı qurğunu işə salıb.

Son xəbərlər

Orphus sistemi