İraqda terror aktı törədilib: 15 ölü, 23 yaralı

İraqda terror aktı törədilib: 15 ölü, 23 yaralı Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
18 Sentyabr , 2017 01:03
İraqda terror aktı törədilib: 15 ölü, 23 yaralı

Bakı. 18 sentyabr. REPORT.AZ/ İraqda törədilmiş terror aktında 15 nəfər öldürülüb, daha 23 nəfər xəsarət alıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə hərbi mənbə məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin ikinci böyük şəhəri Mosul yaxınlığında, Məcarin kəndində baş verib. Terrorçuların "Haşdi Əşair" qruplaşmasının təlim mərkəzinə qoyduqları partlayıcı qurğu işə düşüb. Ölənlərin 12-nin qruplaşmanın döyüşçüləri, digərlərinin isə mülki şəxslər olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi