Yuxarı
    Bağlamaq

    İraqda terror aktı nəticəsində 5 nəfər ölüb, 16 yaralı var

    Bakı. 18 noyabr. REPORT.AZ/ İraqın Tikrit şəhərində minalanmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 16 nəfər yaralanıb.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti məlumat yayıb.

    "Səlahəddin əyalətinin Tikrit şəhərinin Atıbba küçəsində minalanmış avtomobildən istifadə ilə törədilən terror aktı 5 vətəndaşın ölümünə səbəb olub, 16 nəfər yaralanıb", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

    Bundan əvvəl İraqın şimalında 50-dən çox İŞİD terrorçusu öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi